media-1200x100

Universitetlərin köçürülməsi konseptual şəkildə müzakirə edilir - Nazir

media-ads_728_90

Universitetlərin köçürülməsi konseptual şəkildə müzakirə edilir.

“TV1” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, hələ bunun təhlilləri aparılır.

“Bu istiqamətdə müəyyən hesablamalarımız var. Aidiyyatı qurumlarla iş aparırıq. Bakının mərkəzində yerləşən universitetlər təxminən 15-20 min tələbə və onların müəllimləri deməkdir. Bu bir əşyanı A nöqtəsindən B nöqtəsinə daşımaq deyil. Eyni zamanda biz bunu istisna etmirik. Düşünürük ki, köçürülmə təhsil üçün də yaxşıdır”,- deyə nazir əlavə edib

media-ads_728_90
Paylaş