media-1200x100

ÜST rəhbəri Trampla bağlı qlobal liderlərə çağırış etdi

media-ads_728_90

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus qlobal liderlərdən Prezident Donald Trampın ABŞ-ın BMT-dən çıxma qərarını ləğv etməsi üçün Vaşinqtona təsir göstərməyə çağırıb. O əlavə edib ki, Birləşmiş Ştatlar gələcəkdə qlobal xəstəlik epidemiyaları haqqında kritik məlumatları əldə edə bilməyəcək. ÜST-ün Baş direktoru deyib: “ABŞ rəhbərliyini öz qərarını ləğv etmək üçün yola gətirsəniz, o zaman biz sizə minnətdar olarıq”.

“TV1” xəbər verir ki, Gebreyesusun diplomatlarla görüşündən “Associated Press”in əldə etdiyi məlumatlara görə, təşkilata üzv ölkələr əsas büdcə iclasında ÜST-ün ən böyük donorun çıxışının öhdəsindən necə gələ biləcəyini müzakirə ediblər.

2024-2025-ci illərdə ABŞ ÜST-ün ən böyük donoru olaraq təxminən 988 milyon dollar vəsait ayırıb ki, bu da təşkilatın 6,9 milyard dollarlıq büdcəsinin təxminən 14 faizi deməkdir. Yığıncaqda təqdim olunan büdcə sənədi göstərib ki, ÜST-ün sağlamlıqla bağlı fövqəladə hallar proqramı ABŞ vəsaitinə hesablanıb. Eyni zamanda, genişmiqyaslı təcili əməliyyatların bir çoxunun əsasını – 40 faizini bu maliyyə mənbəyi təmin edir.

Gebreyesus bu kontekstdə poliomielitin aradan qaldırılması və HİV proqramlarından itirilən yüz milyonlarla dollarla yanaşı, Yaxın Şərq, Ukrayna və Sudandakı proqramların da risk altında olduğunu bildirib.

İclasda qeyd olunub ki, ÜST-ün Avropada vərəmlə bağlı fəaliyyətinin 95 faizini, habelə Afrika, Sakit okeanın qərbində və agentliyin baş qərargahında tədbirlərin 60 faizindən çoxunu ABŞ ödəyirdi.

Ötən həftə ABŞ rəsmiləri tərəfindən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə ÜST ilə əməkdaşlığı dərhal dayandırmaq tapşırılıb. Tedros Adhanom Gebreyesus büdcə iclasında iştirak edənlərə agentliyin hələ də ABŞ-ı təmin etdiyini deyib. O əlavə edib: “Biz onlara məlumat verməyə davam edirik, çünki buna ehtiyacları var”.

Baş direktor Trampın agentliyi tərk etməsinin əsas səbəbinə də münasibət bildirib. O qeyd edib ki, ÜST 2020-ci ilin yanvarında dünyanı koronavirusun potensial təhlükələri barədə xəbərdar edib və o vaxtdan bəri onlarla islahatlar aparıb, o cümlədən donor bazasını genişləndirmək səylərini genişləndirib.

media-ads_728_90
Paylaş