media-1200x100

Vaşinqtonda təyyarə qəzasında ölənlərdən 40-nın meyiti tapılıb

media-ads_728_90

Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşduğu qəzadan sonra 40 nəfərin meyiti tapılıb.

“TV1” xəbər verir ki, bu barədə CBS News-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Bildirilib ki, xilasedicilər ən azı 40 meyiti Potomak çayından çıxarıb.

Xatırladaq ki, “Bombardier CRJ700” təyyarəsi ilə “Sikorsky H-60” ​​hərbi helikopteri toqquşub. Potomak çayında axtarış-xilasetmə əməliyyatı zamanı 18 cəsəd sudan çıxarılıb. Təyyarənin göyərtəsində 64 nəfər (60 sərnişin və 4 ekipaj üzvü) olub. Helikopter ekipajı üç hərbçidən ibarət olub. NBC telekanalı xilasedicilərin 4 nəfəri sudan çıxardığını bildirib. Onların xəstəxanaya yerləşdirildiyi deyilir.

media-ads_728_90
Paylaş