media-1200x100

Vaşinqtonda təyyarənin qəzaya uğradığı ərazidən 30-dan çox meyit çıxarılıb

media-ads_728_90

Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşduğu ərazidən 30-dan çox adamın meyiti çıxarılıb.

“TV1” xəbər verir ki, bu barədə xilasetmə işləri ilə tanış olan iki mənbə NBC-yə bildirib.

Qeyd edilib ki, Potomak çayından 30-dan çox meyit çıxarılıb.

Bildirilib ki, xilasetmə əməliyyatı çətin şəraitdə davam etdirilir.

Xatırladaq ki, “Bombardier CRJ700” təyyarəsi ilə “Sikorsky H-60” ​​hərbi helikopteri toqquşub. Potomak çayında axtarış-xilasetmə əməliyyatı zamanı 18 cəsəd sudan çıxarılıb. Təyyarənin göyərtəsində 64 nəfər (60 sərnişin və 4 ekipaj üzvü) olub. Helikopter ekipajı üç hərbçidən ibarət olub. NBC telekanalı xilasedicilərin 4 nəfəri sudan çıxardığını bildirib. Onların xəstəxanaya yerləşdirildiyi deyilir.

media-ads_728_90
Paylaş