Venesuelada zəlzələ qurbanlarının sayı 3 685 nəfərə çatıb

media-ads_728_90

Venesuelada zəlzələ qurbanlarının sayı 3 685 nəfərə çatıb.

“TV1” xəbər verir ki, bu barədə Bolivar Respublikasının Milli Assambleyasının rəhbəri Xorxe Rodriqes öz “Telegram” kanalında bildirib.

Onun təqdim etdiyi gündəlik hökumət hesabatına əsasən, 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 17 907 nəfər isə evsiz qalıb.

190 tikili tamamilə dağılıb, 856 bina isə ciddi ziyan görüb. Axtarış-xilasetmə tədbirləri çərçivəsində 6 462 nəfəri xilas etmək mümkün olub, 25 970 nəfər xəstəxana və müalicə müəssisələrində tibbi yardım alıb. 86 794 ailəyə dəstək göstərilib, ehtiyacı olanlara 9 603 ton ərzaq çatdırılıb.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib.

media-ads_728_90
Paylaş