Xamenei huşsuz vəziyyətdədir
Müctəba Xamenei huşsuz vəziyyətdədir və hazırda ölkəni idarə etmək iqtidarında deyil.
“TV1” xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.
“ABŞ və İsrail kəşfiyyatının məlumatına görə, İranın ali lideri Qum şəhərində müalicə alır. O, ağır vəziyyətdədir. Körfəzdəki müttəfiqlərinə göndərilən və “Tayms” qəzeti tərəfindən əldə edilən diplomatik sənəd onun vəziyyətinin əvvəllər düşünüləndən daha təhlükəli olduğunu göstərir. Müctəba Xamenei rejimin heç bir qərar qəbul etməsində iştirak edə bilməz”, – deyə məlumatda qeyd olunub.








