Xameneinin dəfn mərasiminə 800 milyon dollar xərclənib

media-ads_728_90

İranın keçmiş ali rəhbəri ayətullah Seyid Əli Xameneinin dəfni ilə bağlı mərasimlərə təxminən 800 milyon dollar xərclənib.

“TV1” xəbər verir ki, bu barədə “İran international” bildirib.

Bildirilib ki, Böyük Britaniya Kraliçası II Elizabetin dəfni Birləşmiş Krallıq hökumətinə təxminən 200 milyon dollara başa gəlib. Həmin mərasimdə xarici ölkələrin yüksək vəzifəli yüzlərlə rəsmisi şəxs iştirak edib.

Kraliçanın tabutu bir neçə gün Vestminsterdə qalıb. Geniş şəkildə televiziya yayımı olub. Tədbirin təhlükəsizliyinə onminlərlə polis və hərbi qulluqçu cəlb edilib, həmçinin çoxgünlük milli matəm elan edilib.

Qeyd edək ki, Seyid Əli Xameneinin dəfni ilə bağlı mərasimlər iyulun 4-də başlayıb. İyulun 9-da İranın Məşhəd şəhərində İmam Rza məqbərəsində dəfn ediləcək.

media-ads_728_90
Paylaş