media-1200x100-50faiz

Xankəndi Məhkəməsinin sədri Məhkəmə-Hüquq Şurasının üzvü seçilib

media-ads_728_90

Bu gün Bakıda Azərbaycan Hakimlərinin ilk Forumu çərçivəsində hakimlərin konfransı keçirilib.

“TV1” xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, konfransda Məhkəmə-Hüquq Şurasının tərkibinə seçkilər keçirilib.

Konfrans üzvlərinin yekdil səsi ilə Xankəndi şəhər Məhkəməsinin sədri İlkin Abdullayev birinci instansiya məhkəmələrini təmsil edən hakim qismində Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Bununla da Məhkəmə-Hüquq Şurasının tam tərkibi formalaşıb.

Qeyd edək ki, Şuranın 15 üzvü var.

media-ads_728_90
Paylaş