Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gələcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək.
“TV1” xəbər verir kİ, səfər çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələri, enerji və nəqliyyat layihələri, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulur.
Təmaslarda, həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesinin və regional bağlantıların gücləndirilməsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.








