Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb

media-ads_728_90

Ötən bazar günü Pakistanın Harnay şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində dörd mədənçi həlak olub.

“TV1”  “Dawn” nəşrinə istinadən xəbər verir ki, daha dörd nəfər ağır yaralanıb.

“Partlayışdan sonra baş verən yanğın zamanı səkkiz mədənçi şaxtada köməksiz vəziyyətdə qalıb”, – Bəlucistan mədənləri üzrə baş müfəttiş Məhəmməd Atif nəşrə bildirib.

Xilasedicilər dörd mədənçini sağ tapsalar da, daha dörd mədənçinin meyitini aşkarlayıblar.

media-ads_728_90
Paylaş