media-1200x100

ABŞ-ın yeni dövlət katibi: Konfliktlərdən qaçmalıyıq - VİDEO

media-ads_728_90

Respublikaçı Marko Rubio ABŞ-ın 72-ci dövlət katibi olaraq vəzifəsinin icraçına başlayıb.

“TV1” xəbər verir ki, o, bu münasibətlə ilk çıxışını edib.

Ailə üzvlərini onu dinləyən tərəfdaşlarına təqdumm edən dövlət katibi M.Rubio bildirib ki, həyat yoldaşı Cennet Kolumbiya əsillidir.

D.Tramp iqtidarının vəzifəsinin icrasına başlayan ilk rəsmisi olarq, M.Rubio yeni prezidentə ona etimad etdiyi üçün təşəkkürlərini xüsusilə vurğulayıb:

“Bu mənim üçün böyük şərəfdir. Dünyanın ən istedadlı diplomatlar korpusu ilə işləmək çox böyük şərəfdir. Biz sadə vətəndaşlarımız üçün çalışırıq. Xarici ölkələrdə diplomatik korpuslarımızda çalışan diplomatlarımıza minnətdarlığımı bildirirəm, onlar Vətənimizi dünyada layiqincə təmsil edirlər. Sizin dəstəyiniz olmasaydı, biz qarşımızdakı tapşırıqlara nail ola bilməzdik”.

O həmçinin deyib ki, bizim xarici siyasətimiz milli maraqların inkişaf etdirilməsinə xidmət etməlidir:

“Tramp bunu seçki platformasında xüsusi vurğulanmışdı. O, ABŞ-ı daha güclü, təhlükəsiz və inkişaf edən ölkəyə çevirməyi qarşıya məqsəd olaraq qoyub. Prezident bəyan etdi ki, konfliktlərdən qaçmalıyıq. Sülhə nail olmaq lazımdır. Sülh bərqərar olmadan inkişaf etmək çətindir. Biz çətinliklərlə qarşılaşırıq. Bunları aradan qaldırmaq üçün gərəkli addımlar atılacaq”.

media-ads_728_90
Paylaş