Xəzərdə itkin düşən iki Qazaxıstan hərbçisinin meyiti tapılıb - axtarış əməliyyatı başa çatıb

media-ads_728_90

Xəzər dənizinin akvatoriyasında daha əvvəl itkin düşmüş iki Qazaxıstan hərbçisinin meyiti tapılıb. Axtarış əməliyyatı başa çatıb.

“TV1”  xəbər verir ki, aparılan axtarış-xilasetmə işləri zamanı sentyabrın 25-də çavuş Mansur Qumarovun və matros Miras Turdıbekulının meyitləri aşkar edilib.

Faciə təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı hava şəraitinin qəfil və kəskin pisləşməsi nəticəsində baş verib. Açıq dənizdə 17 hərbçini axın aparıb. Onlardan üçü xilas edilib, 14 hərbçi həlak olub.

Qazaxıstanın Müdafiə Nazirliyi bildirib ki, həlak olanların ailələrinə bütün zəruri maddi və psixoloji yardım göstəriləcək.

media-ads_728_90
Paylaş