Xocalı, Ağdərə və Xocavənddə poliqon əraziləri seçilib - SƏBƏB?
“Xocalı (20ha), Ağdərə (10ha) və Xocavənd (10ha) rayonlarının ərazisində təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib”.
“TV1” xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Ekologiya şöbəsinin müdiri Səbuhi Babayev Xankəndidə keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
S.Babayev qeyd edib ki, seçilmiş torpaq sahələrinin “Təmiz Şəhər” ASC-nin İstifadəsinə verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub göndərilib:
“Komitə tərəfindən tullantı poliqonlarının yaradılması üçün Xocavənd və Xocalı rayonu ərazisində yerləşən torpaq sahəsinin “Təmiz Şəhər” ASC-nin istifadəsinə verilməsi barədə sərəncam verilib. Ərazi ΑΝΑΜΑ tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənib”.