media-1200x100-50faiz

Xocalı faciəsi insanlıq adına qara ləkədir - Birol Akgün

media-ads_728_90

“Türkiyənin Azərbaycandakı səfirliyi olaraq bu gün başsağlığımızı bildirmək üçün Xocalı soyqırımı abidəsini ziyarət etməyə gəlmişik”.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün jurnalistlərə açıqlamasında bildirib.

“Biz Azərbaycan xalqının acılarını bölüşürük. Xocalı faciəsi insanlıq adına qara bir ləkə, insanlıq adına utancdır. Şəhidlərimizə rəhmət, Azərbaycan xalqına səbr diləyirik”, – deyə səfir qeyd edib.

media-ads_728_90
Paylaş