XVI Beynəlxalq Multikulturalizm Məktəbinə start verilir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” adlı XVI Beynəlxalq Multikulturalizm Məktəbinə start verib.
Bu barədə “TV1”-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.
Bildirilir ki, martın 10-dək davam edəcək Məktəb Bakı şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarında da fəaliyyət göstərəcək.