Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?
Hazırda Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunur.
“TV1” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, yağıntılı hava şəraiti dekabrın 4-ü səhərədək davam edəcək.
Abşeron yarımadasının bəzi yerlərində yağıntıların leysan xarakterli olacağı gözlənilir.