media-1200x100

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

media-ads_728_90

Avqustun 19-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunub.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilir ki, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Lənkəranda 6 mm, Astarada 2 mm, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Sabirabad, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib. Şəmkir, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.

media-ads_728_90
Paylaş