Yerli televiziya kanalları HD yayımı dayandırıb? - AÇIQLAMA
Audiovizual Şura yerli televiziya kanallarının HD yayımı dayandırması ilə bağlı iddialara aydınlıq gətirib.
“TV1” xəbər verir ki, bu barədə Şuranın məlumatında bildirilir.
“Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə televiziya kanallarının həm HD, həm də SD formatda yayımı həyata keçirilir. Bu yayımlarla bağlı hazırda heç bir problem yoxdur və normal keyfiyyətdə aparılır. Televiziya kanallarının HD yayımını dayandırması ilə bağlı bəzi sosial şəbəkə hesabları vasitəsilə yayılan xəbərlər həqiqəti əks etdirmir”, – deyə məlumatda qeyd olunub.