Təbrizdə vəfat edən konsulun cənazəsi Azərbaycana gətirilib

media-ads_728_90

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, diplomat bu gün Göyçayda dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov mayın 23-də xidməti fəaliyyətini yerinə yetirərkən Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında avtomobil qəzasında ölüb. İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki konsulunun həlak olduğu yol qəzası ilə bağlı başsağlığı verib.

media-ramil-konsulluq

media-qeza

media-ads_728_90
Paylaş