Yunanıstanın yeni prezidenti seçilib
Yunanıstan parlamentinin sabiq sədri, Yeni Demokratiya Partiyasının deputatı Konstantinos Tasoulas ölkəsinin yeni prezidenti seçilib.
“TV1” xəbər verir ki, bu barədə “ekathimerini” məlumat yayıb.
Səsvermə prosesi parlamentdə keçirilib. Səsvermədə 300 deputatdan 276-sı iştirak edib.
Qeyd edilib ki, Tasulas 13 martda vəzifə müddəti başa çatan Katerina Sakellaropulounun yerini tutacaq. Andiçmə mərasimi həmin gün baş tutacaq.