media-1200x100

Zabuxçay su anbarının tikintisi başa çatdırılıb

media-ads_728_90

Türkiyənin “Cengiz İnşaat” şirkəti Laçın rayonundakı Zabuxçay su anbarının tikintisini başa çatdırıb.

“TV1” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu şirkətin layihə meneceri Əkrəm Tütüncü bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı sahələrinin suya tələbatını ödəmək üçün nəzərdə tutulan su anbarıdır.

Ə.Tütüncü qeyd edib ki, bu çərçivədə “Cengiz İnşaat” Füzulidən Şuşaya iki avtomobil yolunun (biri Zəfər yoludur), eləcə də Zabuxçay su anbarının tikintisini həyata keçirib, ümumilikdə 3 strateji layihəyə töhfə verib: “Azərbaycanda belə layihələr həyata keçirməyə və onun inkişafına töhfə verməyə davam edəcəyik”.

Xatırladaq ki, Zabuxçay su anbarının həcmi 27 milyon kubmetrdir. Anbardan çıxacaq magistral suvarma kanalının suburaxma qabiliyyəti saniyədə 6,2 kubmetr təşkil edəcək. Su anbarının tikintisi ilə Qubadlı və Zəngilan rayonlarında 12,1 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.

media-ads_728_90
Paylaş