Zaqatalada zəlzələ olub
Zaqatala rayonunda zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 14:51-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,1 olub.
Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar episentrdə 4 bal hiss olunub.








