Zelenski masaya qayıtmalı və... - Mayk Conson
“Zelenskinin Ağ Evdə etdikləri bizə onun hələ buna hazır olmadığının siqnalı idi və məncə, bu, böyük məyusluqdur”.
“TV1” xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson NBC News-a müsahibəsində deyib.
M.Conson prezident Donald Tramp və Zelenski arasında Oval Ofisdə baş tutan müzakirə ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.
Nümayəndələr Palatasının spikeri Trampın Rusiya və Ukraynanı sülh üçün bir araya gətirməyə çalışdığını bildirib.
O qeyd edib ki, ABŞ-ın müzakirə etdiyi sülh sazişinin əldə olunması üçün Zelenski minnətdarlıqla masaya qayıtmalı və ya ölkəyə başqasının rəhbərlik etməsinə nail olmalıdır.