Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib

media-ads_728_90

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp gələn həftə BMT Baş Assambleyasının payız sessiyasının başlayacağı Nyu-Yorkda görüşəcəklər.

“TV1” xəbər verir ki, bu barədə Zelenski öz “Telegram” hesabında məlumat verib.

“Prezident Trampla danışdım. Vacib söhbət oldu və bir çox məsələləri müzakirə etməyə imkan tapdıq. Nyu-Yorkda görüşmək barədə razılaşdıq və bu görüş çox şeyi dəyişə bilər. Diplomatik dinamika göz qabağındadır”, – deyə Zelenski yazıb.

Zelenski qeyd edib ki, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfəri zamanı mühüm detalları ətraflı işləyiblər.

“Gərginliyin azaldılması tədbirləri və fundamental təhlükəsizlik məsələləri – enerji, ərzaq təhlükəsizliyi və insanların həyatının qorunması ilə bağlı ideyalar var”, – deyə Ukrayna Prezidenti əlavə edib.

media-ads_728_90
Paylaş