media-1200x100

Zelenskidən Rusiya ilə münaqişə barədə gözlənilməz AÇIQLAMA

media-ads_728_90

Ukrayna Prezidenti Volodimir Zelenski qonşu ölkələrin Moskvanın mümkün reaksiyasına görə Rusiya raketlərini vurmaqdan çəkindiklərini bildirib.

“TV1” xəbər verir ki, Zelenski deyib ki, tərəfdaşlar eskalasiyadan çəkinsələr də, Kiyev bu mövzunu gündəmə gətirmək niyyətindədir.

Dövlət başçısı, həmçinin bu məsələdə koalisiyaya ehtiyac yarandığını və bunun hər bir dövlət üçün çox böyük məsuliyyət olduğunu vurğulayıb. Zelenski, eyni zamanda, qonşu dövlətlərlə Ukrayna üzərində Rusiya raketlərini vurmaq imkanını müzakirə edəcəyini deyib.

Buna baxmayaraq, Şimali Atlantika Alyansının aparıcı ölkələrinin (ABŞ, Almaniya və Böyük Britaniya) liderləri, eləcə də hərbi blokun baş katibi NATO-nun müharibədə tərəf olmamaq üçün Rusiya raketlərini vurmayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, rəsmi Kreml Ukraynaya silah tədarükünün nizamlanmaya mane olduğunu və NATO ölkələrini birbaşa münaqişəyə cəlb etdiyini düşünür. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində hesab edir ki, Ukrayna üçün silah olan istənilən yük Moskva üçün qanuni hədəfdir.

media-ads_728_90
Paylaş