Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

media-ads_728_90

Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

“TV1” xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

media-ads_728_90
Paylaş