AzTV- də "100 illik tarix yenidən canlanacaq" - VİDEO
2026 – cı ildə Azərbaycan radiosu özünün 100, Azərbaycan Televiziyası isə 70 illik yubileylərini qeyd edəcəklər. Bir əsrlik yol qət edən radio, informasiya dünyasında inqilab yaradan ilk kütləvi kommunikasiya vasitələrindən biri kimi həm tarixdə, həm də insanların yaddaşında xüsusi yer tutub.
“TV1” xəbər verir ki, Azərbaycan Televiya və Radiosu bu əlamətdar tarixlə bağlı “100 illik tarix yenidən canlanacaq” adlı film hazırlayıb.
Filmdə Radio tarixinə imza atanlar Müslüm Maqomayev, Üzeyr Hacıbəyov, Aydın Qaryağdı və Nəcibə Məlikovanın xidmətləri canlandırılır. Radio ilk yayımlarından etibarən ən çətin dövrlərdə belə radio insanlara ümid, məlumatsızlıq içində işıq, qaranlıq anlarda isə birlik hissi verib.
Filmdə nəticə etibarilə, radionun 100 illik yubileyi təkcə bir media vasitəsinin deyil, eyni zamanda bir əsrin yaddaşının, mədəniyyətinin və ictimai şüurunun bayramı olduğu əks etdilib.








