Paytaxtda sərnişin avtobusu qəzaya uğrayıb

media-ads_728_90

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

“TV1” xəbər verir ki,  hadisə Səbail rayon ərazisində qeydə alınıb.

53 nömrəli marşurt avtobusu yoldan çıxaraq qəza törədib.

Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, 10 HG-753 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobus yol kənarında parklanma vəziyyətində olarkən anidən hərəkət edib və yolun kənarında maneəyə çırpılıb.

Faktla bağlı araşdırılma aparılır. /apa.az/

media-ads_728_90
Paylaş