media-1200x100

2024-cü ilin sonuna qədər BRİKS-in dünya iqtisadiyyatındakı payı G7-nin payını keçəcək - Putin

media-ads_728_90

“2024-cü ilin sonunda dünya iqtisadiyyatında alıcılıq qabiliyyəti pariteti baxımından BRİKS ölkələrinin payı 36,7 faiz təşkil edəcək ki, bu da G7 ölkələrinin payını üstələyir”.

“TV1” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS sammitinin geniş tərkibdə iclasında çıxışında deyib.

“BRİKS ölkələrinin əksəriyyətində perspektivdə sürətlənmiş inkişaf tempi gözlənilir”, – deyə V.Putin bildirib.

O, 2024-2025-ci illərdə BRİKS ölkələrinin iqtisadiyyatlarının orta artımının ilkin hesablamalara görə 3,8 faiz olacağını deyib.

“2024-cü ilin sonunda alıcılıq qabiliyyəti pariteti baxımından BRİKS ölkələrinin payı 36,7 faiz təşkil edəcək ki, bu da G7-nin payını inamla üstələyir, onların payı 30 faiz təşkil edəcək”, – deyə V.Putin qeyd edib.

media-ads_728_90
Paylaş