90 yaşlı Sofi Lorenin oğlu gürcü qızı ilə EVLƏNİR - FOTO
Sofi Lorenin oğlu gürcü qızı ilə nişanlanıb.
“TV1” xəbər verir ki, cazibədar dünya ulduzunun oğlunun nişanlısı 34 yaşlı Mariam Şarmanaşvilidir.
2021-ci ilin martında M.Şarmanaşvili “instagram” sosial şəbəkə hesabında pianino yanında fotosunu paylaşıb. Bu rəsmi bəyənən Sofi Lorenin böyük oğlu – 55 yaşlı Karlo Ponti gürcü xanımla əlaqə yaratmağa çalışıb.
Sofi Lorenin oğlu ilə M.Şarmanaşvili arasında yaranan ünsiyyət bir müddət sonra sevgiyə çevrilib.
20 sentyabr 2024-cü ildə Sofi Loren 90 yaşını qeyd edib. Həmin ərəfədə dünya ulduzunun oğlu gürcü qızına evlilik təklif edib. M.Şarmanaşvili təklifə müsbət cavab verib və az sonra onlar nişanlanıblar.
Gürcü gəlinin 8 yaşlı oğlu var. 55 yaşlı Karlo Pontinin isə bu ikinci evliliyidir. O, hazırda ABŞ orkestrində dirijor kimi çalışır. M.Şarmanaşvili isə Gürcüstanda yaşayır. Toyun Gürcüstanda olacağı deyilir.
“Biz birgə yaşamımızı elə qurmaq istəyirik ki, gələcəkdə münasibətlərimizə xələl gəlməsin” – deyə M.Şarmanaşvili bildirib.
Qeyd edək ki, gürcü xanım gələcək həyat yoldaşı ilə 2022-ci ilin noyabrında İsveçrədə tanış olublar.