ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb - İrandakı vəziyyətlə bağlı

media-ads_728_90

ABŞ-nin tələbi ilə BMT Təhlükəsizlik Şurasında (TŞ) İrandakı vəziyyətlə bağlı iclas keçiriləcək.

“TV1” xəbər verir ki, iclasın Bakı vaxtı ilə saat 00:00-da keçiriləcəyi bildirilir.

Xatırladaq ki, İranda dekabrın sonundan başlayan etiraz aksiyaları davam edir.  İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) aksiyalar zamanı ölənlərin sayının 2615-ə yüksəldiyini, daha 2054 nəfərin yaralandığını açıqlayıb. 18470 nəfərin isə saxlanıldığı qeyd olunub.

media-ads_728_90
Paylaş