media-1200x100

ABŞ-da 60-cı dəfə prezident seçkiləri keçirilir

media-ads_728_90

Bu gün ABŞ-da 60-cı dəfə prezident seçkiləri keçirilir.

“TV1” xəbər verir ki, seçkilərdə respublikaçı Donald Tramp və demokrat Kamala Harris arasında gərgin mübarizə gedir.

Erkən səsverməyə oktyabrın 26-dan start verilib. Seçicilərin 78,1 milyona yaxını prezident seçkiləri ilə bağlı artıq səs veriblər.

Məlumata əsasən, onlardan 55 faizi bunu seçki məntəqəsinə gedərək edib, 45 faizi isə səslərini poçt vasitəsilə göndərib.

Erkən səsvermədə iştirak edənlərin 52 faizi kişi, 44 faizi qadındır.

media-ads_728_90
Paylaş