ABŞ-da güclü qar fırtınası nəticəsində ölənlərin sayı 51-ə çatıb
ABŞ-da güclü qar fırtınası nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.
“TV1” xəbər verir ki, ölüm halları Luiziana, Tennessi və Kentukki ştatlarında qeydə alınıb.
Nyu-Yorkda kəskin hava şəraitindən 10 nəfər həyatını itirib.
Qeyd edək ki, qar fırtınası nəticəsində ölənlərin Massaçusetts, Ohayo, Arkanzas, Texas və Kanzas ştatlarında da olduğu bildirilib.
Ölkənin Milli Meteorologiya Xidmətinin açıqladığı məlumatda ABŞ-ın Orta Qərb və Şimal-şərq bölgələrində şaxtalı hava şəraitinin bir neçə gün davam edəcəyi bildirilir.
Təbii fəlakət Arkanzasdan Yeni İngiltərəyə qədər 2,1 min kilometr ərazini əhatə edib.








