ABŞ-da qasırğa qurbanlarının sayı 14-ə çatıb - YENİLƏNİB

media-ads_728_90

ABŞ-də qasırğa nəticəsində ən azı 14 nəfər həlak olub.

“TV1” xəbər verir ki, bu barədə “ABC news” telekanalı məlumat yayıb.

Məlumatına görə, Nyu-Yorkda 5, Tennesi ştatında 3, Luizianada 2, Kanzasda isə 1 ölüm hadisəsi qeydə alınıb.

Texas ştatında, Dallas yaxınlığında 16 yaşlı qız xizək sürərkən baş verən bədbəxt hadisə nəticəsində ölüb. Ostin rayonunda (Texas ştatı) tərk edilmiş yanacaqdoldurma məntəqəsinin parkinqində bir nəfərin meyiti tapılıb. Onun soyuqdan öldüyü ehtimal olunur.

Massaçusets ştatında bir qadın parklanma yerində qartəmizləyən maşının arxaya hərəkət edərkən ona çırpılması nəticəsində ölüb.

11:59

ABŞ-a güclü qar və şaxtalar gətirən “Fern” qasırğası nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

“TV1” xəbər verir ki, ABŞ-ın 200 milyondan çox sakini qar fırtınasının təsirinə məruz qala bilər.

Ölkə daxilində ərzaq mağazalarının rəfləri sürətlə boşalmağa başlayıb. Yerli sakinlər yaxın günlərdə evlərində təcrid olunmağa hazırlaşırlar.

Artıq ölkənin 24 ştatında ekstremal hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib. Qasırğa səbəbindən 17 mindən çox aviareys ləğv olunub. Böyük şəhərlərdə dərslər ləğv edilib və ya distant təhsil rejiminə keçirilib.

Bazar günü Texasdan Şimali və Cənubi Karolinayadək səkkiz ştatda bir milyondan çox ev və müəssisə işıqsız qalıb. Qasırğadan ən çox Tennessi ştatı zərər çəkib.

Sinoptiklərin proqnozuna görə, bazar ertəsi Şərq sahilindən uzaqlaşaraq Atlantik okeanına doğru hərəkət edəcək qasırğa Arktika hava axını ilə müşayiət olunacaq ki, bu da qar və şaxtaları bir qədər də gücləndirəcək.

Nyu-Yorkda qarın 200 mm-dən çox olacağı və səkkiz ilin ən pis donmasının olacağı gözlənilir.

media-ads_728_90
Paylaş