ABŞ hərbçilərini Suriyadan çıxarır

media-ads_728_90

ABŞ Suriyada qalan hərbçilərini ölkədən çıxarmağa başlayıb.

“TV1” xəbər verir ki, söhbət 1000 nəfər-ə yaxın amerikalı hərbçidən gedir. Onların ölkədən çıxarılma prosesinin iki aya yaxın çəkəcəyi deyilir.

“The Wall Street Journal” hökumətdən olan mənbələrə istinadən yazır ki, bu ABŞ və İran arasında gərginliyin artması ilə əlaqədar deyil. ABŞ-nin hərbi kontingentini Suriyadan çıxaracağı barədə hələ yanvar ayında söhbət gedirdi.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəraa hökumətinə tabe olan ordu bir neçə Amerika hərbi bazasını nəzarətə götürüb.

media-ads_728_90
Paylaş