ABŞ hökuməti fəaliyyətini müvəqqəti DAYANDIRDI

media-ads_728_90

ABŞ federal hökuməti fəaliyyətini qismən müvəqqəti dayandırıb (şatdaun).

“TV1” ABŞ mediasına istinadən xəbər verir ki, buna səbəb olaraq Konqresdə Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı narazılıqlar göstərilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ hökuməti ötən il 1 oktyabr-14 noyabr tarixləri arasında şatdaun elan edib. Bu da ABŞ tarixində ən uzunmüddətli hökumət şatdaunu olub.

Şatdaun ərzində lazımi xidmət sektorlarına ziyan dəyib və yüz minlərlə dövlət qulluqçusunun maaşında həftələrlə gecikmə yaşanıb.

media-ads_728_90
Paylaş