ABŞ-ın maliyyə naziri İranın hədələrinə görə hərbi bazaya köçürülüb
ABŞ-ın maliyyə naziri Skott Bessent həyatına İrandan gələ biləcək təhdidlərə görə Vaşinqton ərazisindəki evini tərk edib və hərbi bazaya köçüb.
“TV1” xəbər verir ki, “The New York Times”ın məlumatına görə, bu barədə məlumatlı mənböə məlumat verib.
Nəşrin yazdığına görə, ABŞ Maliyyə Nazirliyinin rəhbərinin ünvanına gələn təhdidlərin nə dərəcədə ciddi olduğu hələlik aydın deyil.
Qeyd edək ki, Amerika kəşfiyyatının nümayəndəsi İranın ABŞ vətəndaşlarına və nümayəndələrinə hücumla bağlı ehtimal edilən planlarının aktivləşməsi barədə xəbərdarlıq edib. Onun qiymətləndirməsinə görə, bəzi hücumların hazırlığı irəliləmiş mərhələyə çatıb.
Eyni zamanda, ABŞ rəsmiləri qeyd edirlər ki, İranın ABŞ ərazisində və xaricdə irimiqyaslı hücumlar həyata keçirmək imkanları məhdud olaraq qalır.
Tehran daha əvvəl amerikalı vəzifəli şəxslərə və vətəndaşlara qarşı hücumların hazırlanması ilə bağlı ittihamları rədd edib.
ABŞ-ın Maliyyə Nazirliyi S.Bessentin köçməsi barədə məlumatları hələlik şərh etməyib.
Xatırladaq ki, Maliyyə Nazirliyinin rəhbəri Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiq siyasətinin həyata keçirilməsində əsas rol oynayır.








