Azərbaycanda orta aylıq əməkhaqqı 8 %-ə yaxın artıb

media-ads_728_90

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 7,8 % artaraq 1 173 manat təşkil edib.

“TV1” xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

 

media-ads_728_90
Paylaş