Paşinyan Türkiyədə səfərdədir

media-ads_728_90

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.

“TV1”  xəbər verir ki, bu barədə baş nazir öz Telegram kanalında bildirib.

Paşinyan Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan Liderlər Sammitində iştirak edəcək.

Səfər zamanı baş nazirin xarici tərəfdaşlarla ikitərəfli görüşləri də planlaşdırılır.

Qeyd edək ki, Paşinyan Fransaya işgüzar səfərindən sonra Türkiyəyə yola düşüb.

media-ads_728_90
Paylaş