Azərbaycanda ÜDM 1,7 faiz artıb

media-ads_728_90

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,7 faiz çoxdur.

Ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,9 faiz azalaraq 35 milyard 229,1 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,9 faiz artaraq 80 milyard 701,4 milyon manata çatıb.

media-ads_728_90
Paylaş