Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artıb
Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb.
“TV1” xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan edilib.
Qeyd edək ki, qəza noyabrın 10-da səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındakı “Trakiya” avtomagistralında baş verib. Magistralın 289-cu və 294-cü kilometrləri arasındakı hissədə onlarla yük və minik avtomobili, eləcə də bir avtobus toqquşub. Qəza nəticəsində xəsarət alan təxminən 50 nəfər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.








