ABŞ-ın Yaxın Şərqdə kifayət qədər qüvvə toplaması İrana hücum ehtimalını artırır - “Financial Times”
ABŞ ordusu hazırda İrana qarşı bir həftə hava zərbələri endirmək üçün Yaxın Şərqdə kifayət qədər qüvvə toplayıb.
“TV1” xəbər verir ki, bu barədə “Financial Times”ın yaydığı məlumatda bildirilir.
Qəzet yazır ki, Amerika qoşunlarının regiona toplanma miqyası və sürəti İrana hücum ehtimalını getdikcə artırır.
Analitiklər ABŞ Prezidenti Donald Trampın nüvə razılaşmasına nail olmaq üçün Tehrana maksimum 15 gün vaxt verməsi barədə xəbərlərə istinad edirlər.
Qeyd edək ki, “The Wall Street Journal” qəzetinin yazdığına görə, nüvə sazişində Vaşinqton üçün əlverişli şərtləri qəbul etməsi üçün ABŞ İranın hərbi və dövlət obyektlərinə məhdud zərbləri də nəzərdən keçirir. “CBS” telekanalı isə əməliyyatın fevralın 21-də başlaya biləcəyini bildirir.








