ABŞ nümayəndə heyəti TRIPP layihəsi çərçivəsində Ermənistana gedib
ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiyalar sahəsində Tərəfdaşlıq Fondu adından AECOM-un komandası TRIPP (“Beynəlxalq Sülh və Rifah Naminə Tramp marşrutu”) layihəsi üçün ərazinin tədqiqinə başlamaq məqsədilə Ermənistana səfər edib.
“TV1” xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, işlər Ermənistanın uzunmüddətli iqtisadi inkişafına, nəqliyyat infrastrukturunun inkişafına və regional inteqrasiyaya kömək edəcək dəmir yolu və digər infrastrukturun tikintisi üzrə texniki-iqtisadi əsaslandırma (TİƏ) və təkliflərin hazırlanmasını əhatə edəcək.








