media-1200x100

ABŞ Ukraynaya əlavə 3,9 mlrd. dollar ayıracaq

media-ads_728_90

Ukrayna yaxın vaxtlarda ABŞ-dən əlavə 3,9 milyard dollar vəsait alacaq.

“TV1” xəbər verir ki, “unian“ bu barədə adıçəkilən ölkənin Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, əldə olunacaq növbəti tranş müəllimlər də daxil olmaqla dövlət strukturlarının, o cümlədən Fövqəladə Hallar Xidmətinin əməkdaşlarına maaşların ödənilməsi, eləcə də məcburi köçkün ailələrinə və əlilliyi olan şəxslərə birdəfəlik yardımların verilməsinə sərf olunacaq.

Qeyd edək ki, indiyədək rəsmi Vaşinqtonun cari ildə Ukraynaya ayıracağı məbləğin 7,8 milyard dollar təşkil etməsi planlaşdırılırdı.

media-ads_728_90
Paylaş