ABŞ və Ermənistanın “Tramp yolu” ilə bağlı SAZİŞİ - 99 ilə qədər...

media-ads_728_90

Ermənistan və ABŞ Ermənistanda Trampın Beynəlxalq Sülh və Rifah Yolunun (TRIPP) yaradılmasına dair çərçivə sazişinin imzalandığını təsdiqləyib.

“TV1” xəbər verir ki, layihə 74% ABŞ payına malik şirkət tərəfindən idarə olunacaq tranzit magistralının tikintisini nəzərdə tutur.

İlk 49 illik mərhələdə Ermənistanın layihədəki payı 26%, sonrakı 50 ildə isə 49%-ə yüksələcək. TRIPP-i idarə edən şirkət magistral yoluna çıxış üçün rüsum götürə, həmçinin marşrut boyu daşınmaz əmlak tikə biləcək. Magistral avtomobil yolu və dəmir yolu marşrutunu əhatə edəcək.

İrəvan həmçinin ABŞ-la sərhəd nəzarətində, xüsusən də süzgəc texnologiyaları sahəsində əməkdaşlıq etməyə razılaşıb.

ABŞ Dövlət Departamenti qeyd edib ki, saziş Ermənistan və Azərbaycanın 2025-ci il avqustun 8-də Ağ Evdə üzərinə götürdüyü “öhdəliklərin yerinə yetirilməsi”nin bir hissəsidir.

Daha sonra tərəflər Azərbaycanı “Tramp yolu” ilə Naxçıvanla birləşdirməyə razılaşıblar.

media-ads_728_90
Paylaş