ABŞ Venesuelada əməliyyat keçirib - Maduro və həyat yoldaşı ələ keçirilərək ölkədən çıxarılıb/FOTO

media-ads_728_90

ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib. ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirilərək ölkədən çıxarıldığını bəyan edib.

“TV1” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb.

“ABŞ Venesuelaya uğurla irimiqyaslı zərbə endirib, onun lideri, Prezident Nikolas Maduro və həyat yoldaşı tutularaq ölkədən çıxarılıb. Bu əməliyyat ABŞ-ın güc strukturları ilə birgə həyata keçirilib”, – deyə o qeyd edib.

D.Tramp həmçinin bildirib ki, bu gün Floridada yerləşən Mar-a-Laqo iqamətgahında əməliyyatın digər təfərrüatlarını açıqlayacaq.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri Venesuelaya zərbələr endirib. Məlumata görə, raketlərdən biri Karakasdakı sursat anbarına düşüb. Kolumbiya prezidenti Qustavo Petro Venesuelaya hücumla bağlı BMT-nin və Amerika Dövlətləri Təşkilatının təcili iclaslarının çağırılmasını istəyib.

media-ads_728_90
Paylaş