ABŞ vətəndaşlarını İrana səfər etməməyə ÇAĞIRDI

media-ads_728_90

Dövlət Departamenti ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırıb.

“TV1” xəbər verir ki, çağırış Dövlət Departamentinin farsdilli “X” səhifəsində yerləşdirilib.

Çağırışda ABŞ-ın Tehranda səfirliyinin olmadığı xatırladılıb, eyni zamanda, qeyd edilib ki, ABŞ vətəndaşları terrorizm, adam oğurluğu və ədalətsiz həbslər də daxil olmaqla, İranda ciddi risklərlə üz-üzədirlər.

“Öz təhlükəsizliyinizi qorumaq üçün heç bir vəchlə İrana səfər etməyin”, – Dövlət Departamenti xəbərdarlıq edib.

media-ads_728_90
Paylaş