Abşeron yarımadasında yağış sularının idarə olunması sistemləri qurulacaq

media-ads_728_90

Abşeron yarımadasının subasmaya məruz qalan ərazilərində yağış sularının idarə olunması sistemlərinin qurulacaq.

“TV1” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Belə ki, 2026−2034-cü illərdə subasmaya məruz qalan ərazilərin müəyyənləşdirilməsi, Texniki-iqtisadi əsaslandırılma və layihə sənədlərinin hazırlanması və Yağış sularının idarəetmə sisteminin qurulması və subasmaya məruz qalan ərazilərin sayının 30 faizdən çox azaldılması planlaşdırılır.

media-ads_728_90
Paylaş