Ağdam-Xankəndi dəmir yolu xəttində görülən işlər açıqlanıb

media-ads_728_90

Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 81 %-i, tikinti-quraşdırma işlərinin 29 %-i yerinə yetirilib.

“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 30,8 kilometrdir.

Qeyd edilib ki, layihə çərçivəsində 3 stansiya (Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) və 124 ədəd mühəndis qurğusunun inşası nəzərdə tutulur.

media-ads_728_90
Paylaş