Növbəti köç Ağdərənin Həsənriz kəndinə çatıb – YENİLƏNİB
Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.
“TV1” xəbər verir ki, bu mərhələdə kəndə 10 (54 nəfər) ailə köçürülüb.
12:00
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə köç davam etdirilir.
“TV1” xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Həsənriz kəndinə 10 ailə – 54 nəfər köçürülür.
Köç karvanı Tərtər rayonundan yola salınıb.
Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.








